
Bakı. Trend:
Bakı şəhərində taksi sürücüsünün məktəbliyə qarşı göstərdiyi
qeyri-etik davranış polis əməkdaşları tərəfindən araşdırılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonu
ərazisində “BYD” markalı, 77-VK-571 dövlət qeydiyyat nişanlı
avtomobilin sürücüsü Emin Oruczadə hazırlığa apardığı şagirdə qarşı
etik normalara zidd hərəkətlər etdiyinə görə saxlanılıb və müvafiq
qərarla həbs edilib.
Uşaqlara qarşı hər hansı mənəvi, fiziki və ya etik zorakılıq
yolverilməzdir.
Nazirlikdən bildirilib ki, uşaqları məktəbə və ya hazırlığa
göndərərkən istifadə etdiyiniz nəqliyyat vasitələri barədə əmin
olun, şübhəli davranışlar müşahidə etdikdə dərhal 102 qaynar
xəttinə məlumat verin.

