Orta Dəhliz üzrə Azərbaycan dəmir yolları ilə daşınan yüklərin həcmi bu il 6 % artıb

Baş səhifə
Orta Dəhliz üzrə Azərbaycan dəmir yolları ilə daşınan yüklərin həcmi bu il 6 % artıb

Azərbaycan dəmir yolları ilə 2025-ci ilin yanvar-sentyabr aylarında Şərq-Qərb (Orta Dəhliz) üzrə daşınan yüklərin həcmi 6 % artaraq 2 milyon 651 min tona çatıb.

Bu barədə “Report” “AZCON Holding”a istinadən xəbər verir.

“Bu dövrdə Bakı Limanı vasitəsilə konteyner aşırmaları 40 % artaraq 77 min TEU təşkil edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) üzrə isə quru yolla daşınan yüklərin həcmi 70 % artaraq 1 milyon 019 min tona, tankerlə daşımalar 11 % artaraq 3 milyon 346 min tona, Xəzərdən kənar daşımalar isə 191 % artaraq 1,1 milyon tona yüksəlib”, – məlumatda deyilir.