Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş – FOTOFAKT

Baş səhifə

Akademik elmi rütbəsi daşıyan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü olduğu hamıya məlumdur. 87 yaşlı akademik AMEA-nın həqiqi üzvü kimi 2018-ci ildən bəri hər ay dövlətdən 2000 manat elmi rütbə maaşı alır.

Modern.az-ın məlumatına görə, Ramiz Medhiyev daha bir elmi təşkilatın üzvüdür. Belə ki, o, 2022-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) üzvü statusuna malikdir. Onun adı Rusiya Elmlər Akademiyasının saytında da yerləşdirilib. Mehdiyev REA-nın Sosial elmlər bölməsində fəlsəfə akademikidir.

Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyayönümlü şəxs kimi tanınır. Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham olunan Mehdiyev vətənə xəyanətini həyata keçirmək üçün Rusiyaya arxalanırmış.