
Bakı. Trend:
Sabah hava meteohəssas insanlar üçün əlverişsizdir.
Trend xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
“Oktyabrın 21-də Abşeron yarımadasında gündüz saatlarında xəzri
küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas
insanlarda narahatlıq hissi yarada bilər”, – deyə məlumatda qeyd
olunub.

