Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib

Baş səhifə
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə dan imtahanı keçirilib.

“Report” federasiyanın mətbuat xidmətinə istinadən xəbər veri ki, ATF-in məşq zalında təşkil olunan imtahana 18 nəfər qatılıb.

İdmançılardan 10-u I, 8-i isə II dan üzrə imtahanlarda iştirak edib.

İmtahan federasiyanın texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda ATF-in Baş katibi Aygül Abdullayeva da iştirak edib.