Hərbi prokuror Müdafiə Nazirliyinin Xüsusi təyinatlıları ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Vətən müharibəsinin 5-ci ildönümü ilə bağlı Hərbi prokuror
Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Xüsusi təyinatlıları ilə
görüşüb.

Trend xəbər
verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüşün əvvəlində Ümumi Lider Heydər Əliyevin və
şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

Daha sonra Vətən müharibəsində xalqımız və Silahlı
Qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında
birləşməsindən, eləcə də əldə olunan şanlı qələbədən danışılıb.




Xüsusi təyinatlılar daim Ali Baş Komandanın tapşırıqlarını icra
etməyə və ərazilərimizi qorumağa hazır olduqlarını bildiriblər.

Ardınca Xüsusi təyinatlıların nümunəvi döyüş hərəkətləri nümayiş
etdirilib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara
hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar
arzulanıb