“PAŞA Bank” biznes müştərilərinə “Tarifim” məhsulu ilə yeni imkanlar təqdim edir

Baş səhifə

Bakı.Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik
və orta biznes sahiblərini dəstəkləmək və müştəri təcrübəsini
təkmilləşdirmək istiqamətində təşəbbüslərini davam etdirir.

Bank kiçik və orta biznez seqmenti üçün təqdim etdiyi “Tarifim”
məhsulunu yeni imkanlarla zənginləşdirib. İndiyə qədər ölkədaxili
köçürmələr, beynəlxalq köçürmələr və valyuta mübadiləsi üzrə
planlama və endirimli tariflərdən yararlanan sahibkarlar, artıq
əməkhaqqı layihəsini də “Tarifim” vasitəsilə idarə edə
biləcəklər.

Yeni imkan sayəsində biznes sahibləri 12 aylıq müddət ərzində
əməkhaqqı ödənişlərinin məbləğini və əməkhaqqı kartlarının sayını
əvvəlcədən planlayaraq, bu xidmətlərdən daha sərfəli şərtlərlə
faydalana biləcəklər. Əməkhaqqı layihəsinə “Tarifim” ilə qoşulan
bizneslər əlavə olaraq pulsuz korporativ biznes kartı və əməkhaqqı
kartları da əldə edəcəklər.




Qeyd edək ki, “Tarifim” sahibkarlara planlı maliyyə idarəçiliyi
imkanı yaradan innovativ məhsuldur. Müştəri əvvəlcədən planladığı
köçürmə və əməliyyat həcmləri üzrə paketi 60%-dək endirimli
komissiya ilə əldə edir və seçdiyi dövr ərzində həmin əməliyyatları
sərfəli tariflərlə icra edir. Məhsulun əsas üstünlükləri standart
tariflərlə müqayisədə endirimli qiymət, ödənişləri əvvəlcədən
planlamaq imkanı və sahibkarın öz biznesinə uyğun fərdi tarif
paketi yaratmaq imkanından ibarətdir.

Sərfəli köçürmələrdən yararlanmaq istəyən sahibkarlar linkə
keçid edərək ətraflı məlumat əldə edə bilərlər: https://pshb.az/47uwbR1

“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat,
çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə
davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı
inkişafına verdiyi töhfələrə görə “International Investor” və
“Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı
bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin
şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk
Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global
Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks
2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.