
Bakı. Trend:
Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən
beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida
məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə
təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat
verilib
Bildirilib ki, həmçinin, İtaliya və Fransa respublikalarına
qurbağa ayağı məhsulu ixrac olunub:
“Dövlət Statistika Komitəsinin 8 aylıq hesabatına əsasən,
Fransaya 4.81 ton, İtaliyaya 13.83 ton, İspaniyaya 0.17 ton qurbağa
ayağı ixrac edilib”.
Vurğulanıb ki, AQTA əhalinin sağlamlığının qorunması və
təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə qida
sahəsində idxal-ixrac əməliyyatları zamanı qida təhlükəsizliyi
tələblərinin və istehlakçı hüquqlarının qorunması ilə bağlı zəruri
tədbirlər davam etdirir.

