Bakı. Trend:
“Nottingem Forest” Roberto Mançini ilə razılığa gələ
bilməyib.
Trend xəbər verir ki,
insayder Fabritsio Romano xəbər verir ki, son 24 saatda aparılan
danışıqlardan sonra 60 yaşlı mütəxəssis hazırda İngiltərə klubunun
yeni baş məşqçisi olmayacaq.
Bundan əvvəl “Nottingem Forest” Ange Postekoglunu vəzifəsindən
azad etmişdi. Mümkün namizədlər sırasında Şon Dayçın da adı
çəkilirdi.

