
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp amerikalı biznesmen Mark Savayanın
İraq üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunduğunu
açıqlayıb.
Trend xəbər verir ki, Amerika
lideri bu barədə məlumatı “Truth Social” sosial şəbəkəsində
paylaşıb.
“Mark Savayanın İraq Respublikası üzrə xüsusi nümayəndə kimi
fəaliyyət göstərəcəyini elan etməkdən məmnunam”, – deyə Vaşinqton
administrasiyasının rəhbəri bildirib. O qeyd edib ki, Savayan
ABŞ-İraq münasibətlərini yaxşı tanıyır və regionda geniş əlaqələrə
malikdir.
Tramp əlavə edib ki, Savayan onun Miçiqandakı seçki
kampaniyasında mühüm rol oynayıb və burada o, müsəlman amerikalılar
arasında rekord səviyyədə dəstək qazanılmasına kömək edib.

