Biləsuvar şəhərinin böyük bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
Bu barədə “Report”un Muğan bürosuna rayon sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, təxminən bir saata yaxındır, şəhərin böyük bir hissəsi işıqsız qalıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
“Hazırda qeyd edilən ərazidə briqada işləyir”, – deyə, qurumdan bildirilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

