Bakı. Trend:
Bazar günü Filippində “Fenqşen” tropik qasırğası nəticəsində 8
nəfər ölüb, iki nəfər isə itkin düşüb.
Trend xəbər verir
ki, bu barədə məlumatı ölkənin mülki müdafiə agentliyi yayıb.
Manilanın cənub-şərqindəki Keson əyalətindəki Pitoqo
bələdiyyəsində ağacın onların üzərinə aşması nəticəsində 5 nəfər,
ölkənin mərkəzi hissəsindəki Qərbi Visayas bölgəsində isə 3 nəfər
həlak olub.
Filippinin cənubundakı Bukidnon əyalətinin Keson Bələdiyyəsində
torpaq sürüşməsi nəticəsində itkin düşən 2 nəfərin axtarışı davam
edir.
Qeyd edək ki, oktyabrın əvvəlində güclü zəlzələdən sonra
Filippində sunami xəbərdarlığı verilmişdi.

