Premyer Liqa: “Sabah” “Zirə”yə qalib gəlib

Baş səhifə
Premyer Liqa: Sabah Zirəyə qalib gəlib

Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

“Report” xəbər verir ki, “Bank Respublika Arena”da “Zirə”ni qəbul edən “Sabah” 3:0 hesablı qələbəyə sevinib.

Meydan sahiblərinin heyətində Aron Maluda (42) və Velko Simiç (45+2, 75) fərqləniblər.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Kəpəz” “Şamaxı”nı, “Sumqayıt” “Karvan-Yevlax”ı (4:1), “Qarabağ” “Turan Tovuz”u (2:1) məğlub edib. “İmişli” – “Qəbələ” görüşündə isə bərabərlik qeydə alınıb – 2:2.