
Bakı. Trend:
Oktyabrın 20-si axşam saatlarından etibarən Azərbaycanın şimal
və qərb rayonlarından başlayaraq 22-dək bəzi yerlərdə hava
şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı
gözlənilir.
Trend xəbər verir
ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Məlumata görə, bəzi ərazilərdə yağıntıların qısamüddətli leysan
xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq
ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı,
bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi
proqnozlaşdırılır.

