
Bakı. Trend:
Hal-hazırda Azərbaycan Tibb Universitetində 737 rezident təhsil
alır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Tibb
Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel
Aslanova məlumat verib.
O bildirib ki, ATU-da təhsil alan rezidentlərdən 138 nəfəri cari
tədris ilində məzun olacaq:
“Tibb Universitetindən 2023-cü ildə 152 rezident, 2024-cü ildə
isə 133 rezident məzun olub”.
Qeyd edək ki, bu il qəbul imtahanının nəticələrinə əsasən
müsabiqədə iştirak edən 603 namizəddən (hərbi tibb fakültəsini
bitirmiş namizədlər istisna olmaqla) 585 nəfər təhsilini
rezidenturada davam etdirmək hüququ qazanıb.

