Vensan Abubakar “Neftçi” ilə müqavilə bağlamaq üçün Bakıya gəlib

Baş səhifə
Vensan Abubakar Neftçi ilə müqavilə bağlamaq üçün Bakıya gəlib

Kamerunlu hücumçu Vensan Abubakar “Neftçi” futbol klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəlib.

“Report” xəbər verir ki, məşhur futbolçunu gətirən təyyarə ötən gün, gecə saat 23:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

“Neftçi”nin azarkeşləri Vensan Abubakarı qarşılamaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına toplaşıblar.

Xatırladaq ki, “Neftçi” klubu ötən gün yeni transferini açıqlayıb. Paytaxt təmsilçisi 33 yaşlı Vensan Abubakarla müqavilə imzalayıb.

Qeyd edək ki, “Portu” (Portuqaliya), “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı), “Beşiktaş” (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri qardaş ölkənin digər təmsilçisi “Hatayspor” olub.