Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr –
Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik
edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə
Prezidenti “X” hesabında paylaşım edib.

“Can dostumuz, qardaşımız, göz bəbəyimiz olan Azərbaycanı 18
oktyabr Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu
qürurlu gündə mən hörmətli qardaşım İlham Əliyevi və bütün
Azərbaycan xalqını sevgi ilə salamlayıram”, – deyə paylaşımda
bildirilib.