Ərdoğan 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib

Baş səhifə
Ərdoğan Azərbaycanı Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 oktyabr – Müstəqilliyinin Bərpası Gününü ən səmimi hisslərlə təbrik edirəm. Bu qürurlu gündə dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycan xalqına ən səmimi salamlarımı çatdırıram”.