Bakıda idman zalında 35 yaşlı kişi insult keçirib, ölüb

Baş səhifə

Bakıda idman zalında 35 yaşlı kişi insult vurması nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə ötən gün paytaxtın Nərimanov rayonunda baş verib.

Məlumata görə, N.Tusi küçəsində yerləşən idman zalından Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Tural Yaşar oğlu Tapdıqzadə insult diaqnozu ilə xəstəxanaya aparılarkən Təbriz küçəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.