“AZIREX-2025” təlimində iştirak edən İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

Baş səhifə

Bakı.Trend:

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək
üçün Azərbaycanda olan İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri
və şəxsi heyəti oktyabrın 18-də Bakı limanını tərk edib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.




Qeyd edək ki, Azərbaycanda keçiriləcək “AZIREX-2025” birgə
axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran İslam
Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər
və heyət oktyabrın 15-i ölkəmizin ərazi sularına daxil olaraq görüş
nöqtəsinə gəlmişdi.