“İmişli” “Qəbələ”yə, “Sumqayıt” “Karvan-Yevlax”a qarşı oynayacaq

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında 8-ci turun matçları davam edir.

Trend xəbər verir ki, ikinci
oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “İmişli” Qubada “Qəbələ”ni sınağa çəkəcək. 7 oyundan
sonra 8 xalı olan İmişli təmsilçisi 9-cu pillədə qərarlaşıb. 4 xalı
olan “Qəbələ” isə 11-ci yeri tutur.

Günün ikinci matçında “Sumqayıt” “Karvan-Yevlax”ı sınağa
çəkəcək. Son 3 turda cəmi 1 xal toplayan Sumqayıt təmsilçisi
hazırda 6-cı pillədə qərarlaşıb. 11 xala malik Saşa İliçin
komandası bu matçda qalib gəlsə, turnir cədvəlində ən azı birgünlük
üçüncü yerə yüksələcək. Yevlax klubu isə hazırda 5 xalla turnir
cədvəlində 10-cudur.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun
vurulacaq.

18 oktyabr (şənbə)

14:30. “İmişli” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin
Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu

18:00. “Sumqayıt” – “Karvan-Yevlax”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran
Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 oktyabr (bazar)

16:00. “Sabah” – “Zirə”




18:30. “Neftçi” – “Araz-Naxçıvan”

17 oktyabr (cümə)

“Şamaxı” – “Kəpəz” – 1:4

“Turan Tovuz” – “Qarabağ” – 1:2

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) – 4 qol

Toral Bayramov (“Qarabağ”) – 3 qol

Martins Juniyor (“Zirə”) – 3 qol

Ba-Muaka Simakala (“Araz-Naxıvan) – 3 qol

Aleks Souza (“Turan Tovuz”) – 3 qol