“Ford” 625 min avtomobili geri çağırmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın avtomobil istehsalçısı “Ford” şirkəti təhlükəsizlik
kəmərlərində və arxa görüntü kamerasının ekranında müəyyən edilən
nasazlıqlara görə ölkə daxilində təxminən 625 min avtomobili geri
çağırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə məlumatı “Reuters” agentliyi ABŞ-ın Avtomobil Yollarında
Hərəkətin Təhlükəsizliyi üzrə Milli Administrasiyasına (NHTSA)
istinadən yayıb.




Məlumata əsasən, geri çağırılma 332 mindən çox “Ford Mustang”
modelini – təhlükəsizlik kəməri ilə bağlı nasazlıq aşkarlanan
avtomobilləri, eləcə də arxa görüntü kamerasının displeyində
problem olan təxminən 292 min “Ford F-250”, “Ford F-350” və “Ford
F-450” pikapını əhatə edəcək.