Luvr muzeyində azərbaycanlı rəssamların əsərləri sərgilənir

Baş səhifə
Luvr muzeyində azərbaycanlı rəssamların əsərləri sərgilənir

Fransanın paytaxtı Parisdə yerləşən məşhur Luvr muzeyinin “Carrousel du Louvre” sərgi salonunda keçirilən Beynəlxalq Müasir İncəsənət Sərgisi çərçivəsində azərbaycanlı rəssamlarının əsərləri nümayiş olunur.

“Report”un yerli bürosu xəbər verir ki, sərgidə Azərbaycanın tanınmış rəssamları Arif Hüseynov və Siruz Mirzəzadə ilə yanaşı, azyaşlı rəssamların əsərləri də sərgilənir.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da sərgidə iştirak edib.

Bu gün açılışı olan beynəlxalq sərgi oktyabrın 19-na qədər davam edəcək.

Azərbaycanlı rəssamlarının əl işlərində ölkəmizin zəngin mədəniyyəti, keşməkeşli tarixi, füsunkar təbiəti və möhtəşəm memarlıq abidələri öz əksini tapıb.

Qeyd edək ki, sərgidə 28 ölkədən yüzlərlə rəssam iştirak edir.