
Bakı. Trend:
Oktyabrın 17-də “LOT Polish Airlines” aviaşirkətinə məxsus,
Varşava–Daşkənd marşrutu üzrə hərəkət edən “Boeing 737” tipli hava
gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi
eniş üçün sorğu göndərib.
Beynəlxalq hava limanından Trend-ə bildirilib ki, buna səbəb təyyarədə olan
sərnişinlərdən birinin səhhətində yaranmış problem olub.
Hava gəmisinin enişi yerli vaxtla saat 22:25-də təhlükəsiz
şəkildə həyata keçirilib.
Sərnişinə tibbi heyət tərəfindən dərhal zəruri ilkin tibbi
yardım göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq hava
nəqliyyatı standartlarına uyğun şəkildə fəaliyyət göstərərək,
fövqəladə hallarda operativ reaksiya, təhlükəsizlik və insan
amilini əsas prioritet kimi qiymətləndirir.

