Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci qarşılaşmasında “Ordu” “Sərhədçi” ilə üz-üzə gəlib.

Görüş “hərbçilər”in qələbəsi ilə bitib – 85:73.

Günün ilk duelində isə “Naxçıvan” “Lənkəran”ı 91:82 hesabı ilə üstələyib.

Qeyd edək ki, tura oktyabrın 19-da yekun vurulacaq.