Bu ölkədə “qızıl viza” proqramı tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

Rumıniya parlamentində yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə ölkənin “qızıl viza” proqramını təqdim etməyi nəzərdə
tutur.

Trend bu barədə ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir.




Məlumata görə, Avropa İttifaqı hüdudlarından kənarda yaşayan
şəxslər Rumıniyaya ən azı 400 min avro məbləğində sərmayə qoysalar
5 illik müddətə müvəqqəti yaşayış icazəsi ala biləcəklər.

Qeyd edək ki, bu təşəbbüs hələ parlamentdə ilkin mərhələdədir və
qanun qəbul edilərsə Rumıniya 2026-cı ildən “qızıl viza” proqramını
rəsmi tətbiq etməyi planlaşdırır.