​”Fənərbaxça”da radikal dəyişiklik

Baş səhifə

“Fənərbaxça”nın prezidenti Sadettin Saran klubun 4 rəsmisini vəzifəsindən azad edib.

Metbuat.az xəbər verir ki, Ali Koçdan sonra vəzifəyə gələn Saran klubda dəyişiklikləri həyata keçirməyə başlayıb. “Fənərbaxça” klubunun açıqlamasına görə, klubun skaut komandasında yer alan Barış Alpaslan, Mert Bayhan, Ayberk Ağar və Suphi Baykam vəzifədən göndərilib.

Qeyd edək ki, bundan əvvəl, klub Futbol Əlaqələri Koordinatoru Alper Yemeniciler və Birinci Komanda Dietoloqu Cenk Özyılmaz ilə yollarını ayırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.