Bakı. Trend:
Belçika 2018-ci ildə ABŞ-yə sifariş etdiyi ilk üç “F-35”
qırıcı-bombardmançı təyyarəsini alıb.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Belçika ilk “F-35” təyyarələrini qarşılayıb.
Belçika pilotları Floren aviabazasından ilk uçuşlarını həyata
keçiriblər.
Qeyd edilir ki, Belçika 2018-ci ildə ABŞ-yə ümumən 35 “F-35”
qırıcısı sifariş edib və daha 10 belə təyyarə almağı
planlaşdırır.

