Gələn il seçki və statistika tədbirlərinə 33 milyon manat vəsait yönəldiləcək

Baş səhifə

Gələn il seçki və statistika tədbirlərinə ayrılacaq vəsait məlum olub.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, büdcədən bu istiqamət üzrə 32 850 585,0 manat vəsait ayrılması proqnozlaşdırılıb.