
Bakı. Trend:
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Trend xəbər
verir ki, Azərbaycan yığması reytinqdə bir pillə irəliləyib.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142,25 xalla
123-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1880,76 xalla son Avropa çempionu
İspaniya millisi başçılıq edir. İkinci sırada son dünya çempionu
Argentina (1872,43), üçüncü pillədə isə Fransa (1862,71) yer
alıb.

