Paytaxtın bu ərazilərində minib-düşmə yeri yaradılıb

Baş səhifə

Bakı.Trend:

Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, AYNA tərəfindən avtobus zolaqlarında minik
avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini
təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam
etdirilir.




Qeyd edilib ki, növbəti belə yerlər Yasamal rayonunun
A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının, 2 nömrəli
Bakı Baza Tibb Kollecinin, “Kontakt Home” və “İrşad Telecom”un
qarşısında, eləcə də Cəfər Cabbarlı küçəsində “Amber Hotel”in
qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane
olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın
hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə
yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl
edilməlidir.