Azərbaycanın amputant millisi Bakıda keçirilən Millətlər Liqasında ilk qələbəsini qazanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda amputant futbolu üzrə Millətlər Liqasının C qrupuna start
verilib.

Trend xəbər
verir, açılış oyununda Azərbaycan və Belçika komandaları üz-üzə
gəliblər.

“ASCO Arenada” təşkil olunan matç Azərbaycan millisinin qələbəsi
ilə yekunlaşıb – 3:0.




Komandamızın qollarına Fərhad Əyyubov (2 qol) və Sənan Hacıyev
imza atıblar.

Bu gün, həmçinin İsrail Ukrayna, Niderland Belçika ilə
qarşılaşacaq. Qarşılaşmalar müvafiq olaraq, saat 15:00 və 17:00-da
başlayacaq.

Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə
mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin
beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından
əhəmiyyətlidir.