Füzuli şəhəri günü münasibətilə bölgədə silsilə tədbirlərə start verilib

Baş səhifə
Füzuli şəhəri günü münasibətilə bölgədə silsilə tədbirlərə start verilib

Füzuli şəhəri günü münasibətilə yenidən qurulan Füzuli şəhərində silsilə tədbirlər başlayıb.

“Report”un Füzuliyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirlər Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilir.

Silsilə tədbirlər çərçivəsində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Uşaqlar üçün Füzuli Dövlət Dram Teatrı tərəfindən “Çəkməli pişik” tamaşasının nümayişi olub. Tamaşa azyaşlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Füzulinin işğaldan azad olunması günü münasibətilə rayonda keçirilən tədbirlər gün boyu dava edən edəcək. Tədbirin davamı olaraq, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində “Zəfərin ruhu” adlı fotosərgi, Təsviri sənət üzrə ustad dərsləri, Füzuli şəhəri 1-ci yaşayış məhəlləsində yerləşən parkda isə İncəsənət xadimlərinin iştirakı ilə Konsert proqramı nəzərdə tutulub. Günün sonunda isə Füzuli Şəhəri Günü münasibəti ilə atəşfəşanlıq olacaq.

MƏLUMAT YENİLƏNİR