Bakıda amputant futbolu üzrə Millətlər Liqası turnirinin açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərasim “Bayıl Arena”da baş tutub.
Tədbirdə AFFA rəsmiləri, C qrupunda mübarizə aparacaq ölkə təmsilçilərinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.
Açılışda Azərbaycanın dövlət himni səsləndirilib.
Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, C qrupunun oyunlarına bu gün start veriləcək. Üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar. C qrupunun bütün oyunları “Bayıl Arena”da keçiriləcək.
Turnirin açılış matçında Azərbaycan millisi Belçika ilə üz üzə gələcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

