Mopedlər dövlət qeydiyyatına alınacaq, idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunacaq

Baş səhifə

Bakı. Trend:

Moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb
olunacaq və mopedlər dövlət qeydiyyatına alınaraq uçota
götürüləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, moped kiçik elektrik nəqliyyat
vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi
50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və
maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan
iki və ya üç təkərli nəqliyyat vasitəsidir.

Bu
qanun
un 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisna
olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər
nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq.

Həmçinin, Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat
vasitələri və onların qoşquları, habelə mopedlər
bu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi əsasnamə
ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota
alınacaq.

Bundan əlavə, Azərbaycan ərazisindəki yollarda
mopedi idarəetmə hüququ “A1” kateqoriyalı
sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək.




Bundan əlavə, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli
digər nəqliyyat vasitələri (mopedlər istisna
olmaqla
) yalnız yolun sağ kənar zolağında, yol nişanları
və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər
sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər.

Asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat
vasitəsi (moped istisna olmaqla) sürücülərinə asma
mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat
vasitələri (mopedlər istisna olmaqla) ilə birgə
istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna
olmaqla asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər
nəqliyyat vasitələrini (mopedlər istisna olmaqla),
eləcə də həmin nəqliyyat vasitələri ilə yedəyə almaq qadağan
ediləcək.

Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə
riayət etməklə mümkün qədər yolun sağ kənar zolağında hərəkət
etməlidirlər. Bu qanunun 37-ci maddəsinin I və IV hissələri, V
hissəsinin 2-4-cü bəndləri, VI hissəsinin 2-ci bəndində nəzərdə
tutulmuş tələblər moped sürücülərinə də şamil ediləcək.

Bununla yanaşı, motosikletin və mopedin uzunu ve ya eni üzrə
qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti,
mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda
qəbul edilib.