İcra başçısı müavinləri ilə bağlı yeni QAYDA

Baş səhifə

Bakı. Trend:

Dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik edilir.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət
orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan
Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna
olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun
olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata
keçirilir.




Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət
orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına
uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının
rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici
ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili
müsahibə əsasında həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda
qəbul edilib.