Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “Lockheed Martin” müdafiə şirkətinin nümayəndələri ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri ölkə liderinin mətbuat xidmətinə istinadən bildirib.
“Prezident Ukraynanın hava hücumundan müdafiə sistemləri (HHM) və onlar üçün raketlər, həmçinin “F-16” təyyarələrinə olan ehtiyacları barədə məlumat verib.
“Lockheed Martin”in nümayəndələri şirkətin istehsal imkanları barədə danışıblar”, – məlumatda deyilir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

