Azərbaycanda doqquz ayda “yaşıl enerji” istehsalı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 9 ayı üzrə operativ məlumatlara əsasən, respublikada
elektrik enerjisinin istehsalı 12,1 milyon kVt/saat, yəni 0,1%
artaraq 21,799 milyard kVt/saat olub.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər
verir.

Məlumata görə, bu dövrdə istilik elektrik stansiyalarında (İES)
18,659 milyard kVt/saat, su elektrik stansiyalarında (SES) 2,414
milyard kVt/saat, digər mənbələr üzrə isə 724,8 milyon kVt/saat, o
cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt/saat, günəş
elektrik stansiyalarında 511 milyon kVt/saat, Bərk Məişət
Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt/saat
elektrik enerjisi istehsal edilib.




Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji
mənbələrindən 64,5 milyon kVt/saat artımla 3,139 milyard kVt/saat
elektrik enerjisi istehsal edilib.

9 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC
üzrə 19,521 milyard kVt/saat (İES-lərdə 17,071 milyard kVt/saat,
SES-lərdə 2,401 milyard kVt/saat, günəş elektrik stansiyalarında
(GES) 49 milyon milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək
elektrik stansiyalarında 21,5 milyon kVt/saat, müstəqil elektrik
stansiyaları üzrə isə 2,256 milyard kVt/saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 milyon
kVt/saat, ixracı isə 989,6 milyon kVt/saat olub.