Bakı. Trend:
Amerikalı siyasətçi Con Boltona qarşı məxfi məlumatları açıqlama
ittihamı irəli sürülüb
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İttiham aktına əsasən, Bolton yaxın çevrəsinə yüksək vəzifəli
rəsmilərlə görüşlər, xarici liderlərlə müzakirələr və kəşfiyyat
brifinqlərinə dair materialları ötürüb.
Onun vəkili sabiq müşavirin heç bir məlumatı qanunsuz şəkildə
ötürmədiyini bildirib.

