“Sinteks” MMC nizamnamə kapitalını 16,531 milyon manat və yaxud 26,1 % azaldaraq 63,4 milyon manatdan 46,869 milyon manata endirdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, “Sinteks” 2004-cü ildə dövlət qeydiyyatına alınıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

