Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Filippin sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir
ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.

Yeraltı təkanların episentri təxminən 309 min nəfər əhalisi olan
Butuan şəhərindən (Mindanao adası) 111 kilometr şimal-şərqdə
yerləşib.




Məlumata görə, zəlzələnin ocağı 66 kilometr dərinlikdə olub.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.