
ABŞ Donald Trampın sabiq müşaviri Con Boltona gizli məlumatların qanunsuz ötürülməsi ilə bağlı ittiham irəli sürülüb.
APA xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Bolton gizli informasiyaları elektron poçt vasitəsilə həyat yoldaşı və qızı ilə bölüşüb.
İttihamlar Merilend ştatında böyük münsiflər heyəti tərəfindən təqdim edilib.
Bundan əvvəl Politico nəşri yazmışdı ki, Federal Təhqiqatlar Bürosu (FTB) Boltonun evində kütləvi qırğın silahlarına dair məxfi sənədlər aşkarlayıb.

