
Bakı. Trend:
Cari ilin yanvar- sentyabr aylarında Azərbaycandan Hindistana
53,5 milyon ABŞ dolları dəyərində və 107,5 min ton həcmində xam
neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac
olunub.
Trend Dövlət
Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin
eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 630 milyon ABŞ dolları
və ya 92,2 faiz, həcm baxımından isə 984 min ton və ya 90,2 faiz
azdır.
2024-cü ilin ilk doqquz ayı ərzində Azərbaycandan Hindistana
1,092 milyon ton neft (683,6 milyon ABŞ dolları dəyərində) ixrac
olunub.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində və 16,996
milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları
ixrac olunub.

