Xaçmazda ağackəsilmə faktı üzrə araşdırma aparılır

Baş səhifə

Bakı. Trend:

Xaçmazın Nağı Oba və Kiçik Baraxum kəndləri ərazisində
ağackəsilmə faktı ilə bağlı araşdırma aparılır.

Trend-in məlumatına görə, fakt üzrə Xaçmaz rayonunun
Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.




Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər
görüləcəkdir.

Qeyd edək ki, oktyabrın 16-da yerli KİV-lərdə Xaçmaz rayonunun
adıçəkilən kəndlərində ağacların kəsilməsi ilə bağlı məlumatlar
yayılıb.