İlham Əliyev: Fransa ilə Azərbaycanda arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı

Baş səhifə
İlham Əliyev: Fransa ilə Azərbaycanda arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı

Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib.

“Report” xəbər verir ki, bu fikirləri dövlət başçısı Fransanın Azərbaycanda yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən deyib.

İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu.

MƏLUMAT YENİLƏNİR…