Biləsuvarda qəzada 3 nəfər xəsarət alıb

Baş səhifə

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndinin ərazisində baş verib. “KİA” markalı minik avtomobili ilə “Ford Transit” markalı yük avtomobili toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.