Biləsuvar rayonunda avtomobil qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə zamanı minik və yük avtomobilləri toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alaraq rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

