Hacıqabulda narkokuryer saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının
keçirdikləri tədbirlərlə narkotik maddələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən Astara rayon sakini 38 yaşlı Ramik Quliyev
saxlanılıb.




Saxlanılan şəxsdən 2 kiloqramdan artıq narkotik vasitə olan
həşiş və marixuana aşkarlanıb. R.Quliyev sosial şəbəkələrdə tanış
olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi
ilə pul müqabilində narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan təbiri seçilib.