Bakı. Trend:
“Qarabağ” və Azərbaycan milli komandasının müdafiəçisi Abbas
Hüseynov Kipr klublarının maraq dairəsindədir.
Trend xəbər
verir ki, Kipr klubları millimizin üzvünü yayda heyətinə qatmaq
istəyib. Lakin Abbas Hüseynov “Qarabağ”da qalmağa üstünlük
verib.
“Aris”(Limassol) və APEOL müdafiəçini indi də izləyirlər və onun
transferi üçün qışda, ən pis halda isə yayda “Qarabağ”a müraciət
edəcəklər.
Əlavə edək ki, 30 yaşlı futbolçusunun “Qarabağ”la müqavilə
müddəti 2027-cı il iyunun 30-na qədərdir.

