Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası
15–16 oktyabr 2025-ci il tarixlərində Uqandanın paytaxtı Kampala
şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası xarici
işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə təmsil olunub.
Trend xəbər
verir ki, iclas çərçivəsində bir sıra ikitərəfli görüşlər
keçirilib, müxtəlif sazişlər imzalanıb.
Belə ki, Azərbaycan Respublikasının və Uqanda Respublikasının
Hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri,
Azərbaycan Respublikasının və Somali Federativ Respublikasının
Hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan
qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.

